Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəziində 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir

17.01.2018

Qanlı 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq 17 yanvar 2018-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Humanitar fənlər gimnaziyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Famil Rəhimov açıq elan etmişdir. Tədbir iştirakçıları açılşdan sonra şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad etdilər. Daha sonra həmin hüzünlü gün haqqında Mərkəzin əməkdaşı  Leyla Məmmədova məruzə etmişdir. Məruzə dinlənildikdən sonra şagirdlər “Tarixin qan yaddaşı” adlı ədəbi-bədii kompazisiya ilə çıxış etdilər. Kompazisiyanı məktəbin tarix müəlliməsi Feyzullayeva Aida təşkil etmişdir. Tədbirin sonunda 20 Yanvara aid “Heç kim unudulmur, heç kim yaddan çıxmır” adlı slayda baxış olmuşdur.