Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala Dövlət Rəsm Qalereyasında yeni sərgi təşkil olunub

28.03.2019

31 - Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zaqatala Dövlət Rəsm Qalereyasında sərgi təşkil olunmuşdur. Qalereyada təşkil olunan sərgidə, gənclərin, yerli və həvəskar rəssamların əl işləri də yer alıb. Nümayiş etdirilən əsərlər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən, qanlı faciələrin və məkrli siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə açıqlayır. Sərgi zamanı sərgiyə baxış keçirən rayon ictimaiyyətinə və məktəblilərə bu tarixi gün haqqında ətraflı məlumat verilib.