28.03.2019
Martın 28-də Şəki Uşaq İncəsənət Məktəbində məktəbin müəllimləri Brilyant İsmayılova, İntima Mikayılova, Təranə Rəsulova, Qərənfil Mustafayeva və Rəvanə Mustafazadənin təşkilatçılıgı ilə sinif konserti keçirildi. Konsertdə şagirdlər bəstəkarlardan Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Asəf Zeynallının əsərlərini ifa etdilər. Konsertin təşkilindən razı qaldığını bildirən, məktəbin direktoru Eldar Rəcəbov şagirdlərə öz təhsil həyatlarında daha da fəal olmalarını tövsiyyə etməklə, onlara yeni-yeni uğurlar arzuladı.