28.03.2019
28.03.2019-cu il tarixdə Qax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Qax rayonu 1 №-li tam orta məktəbində 31 mart soyqırımı günü ilə əlaqədar “Tariximizin qara səhifəsi” adlı tədbir keçiriblər. Tədbiri giriş sözü ilə açan Jalə Ziyadlı tariximizdə soyqırım kimi günlərin digər xalqlara nisbətən daha çox olduğunu şagirdlərin nəzərinə çatdırıb. Bildirilib ki, bu qırğınlar erməni və rus ordularının birgə fəaliyyəti ilə mümkün olmuşdur. Elə bugünkü tədbirin də əsas məqsədi bu qanlı qırğını, soyqırımı xatırlamaq və gələcək nəsillərə aşılamaq, öyrətməkdən ibarətdir. Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Nazlı Mehdili geniş məruzə ilə çıxış edib. Məruzəsində 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətdikləri diqqətə çatdırılıb. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insane itkin düşmüşdür. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Məruzənin sonunda şagirdlərin sualları ətraflı cavablandırılıb.