Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Baş Zəyzid kəndində Novruzun gəlişi qarşılanıb

19.03.2019

Şəki rayonu Baş Zəyzid kənd sənətkalıq evi, Baş Zəyzid kənd tam orta məktəbi və MKS-nin 49 saylı filialının birgə təşkilatçılığı ilə 19 mart 2019-cu il tarixdə “Novruz gəlir, yaz gəlir” adlı ədəbi-bədii axşam keçirdi. Tədbirdə Baş Zəyzid kənd orta məkrəbinin kollektivi, kənd sakinləri, yerli icra orqanı işçiləri və kənd bələdiyyəsinin sədri  iştirak edirdilər. Tədbiri açıq elan edən Baş Zəyzid kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Ə.Nurməmmədov hamını qarşıdan gələn Novruz Bayramı münasibətilə səsmimi qəlbdən təbrik etdi. Sonra çıxış üçün söz verilən Baş Zəyzid kənd sənətkarlıq evinin direktoru X.Mahmudov qeyd etdi ki, Novruz bütün dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram artıq 3000 ildir ki, Balkanlarda, Qara Dəniz hövzəsi regionunda, Qafqazada, Mərkəzi Asiya,Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT kimi dünyəvi bir təşkilat Novruz Bayramının UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsinin alqışlayıb. Daha sonra MKS-nin 49 saylı filialının müdiri Z.Abbasov çıxış edərək, iştirakçılara bayram təbrikini çatdırıb.

Tədbir şagirlərin hazırladıqlrı ədəbi-bədii hissə ilə davam etdirilib.