21.03.2019
Xalqımızın qədim ənənələrini yaşadan, milli oyunlarımızı, folklorumuzu, müxtəlif adətlərimizi özündə birləşdirən Novruz Bayramı ölkəmizin hər yerində olduğu kimi FHN-nin Şəki Xilasetmə Taborunda da qeyd olundu.
21 mart 2019-cu il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi və V.İbrahim adına şəhər folklor evi kollektvlərinin iştirakı ilə Şəki Xiasetmə Taborunun əsgər və zabit heyəti qarşısında baş tutan konsert V.İbrahim adına şəhər folklor evinin direktoru Rövzət Hacızəkəryəyevin aparıcılığı ilə başlanıldı. Hərbçiləri Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, Xilasetmə Taborunun komandiri Şamil Quliyev, taborun Psixoloji işlər üzrə müavini Cavid Camalov bayram münasibətilə təbrik etdilər. Sabir Mustafayevin rəhbərlik etdiyi “Buta” instrumental ansamblının müşaiyəti ilə B.Ələsgərova adına şəhər folklor klubunun müdiri, müğənni Sərdar Yunusov, Mədəniyyət Mərkəzinin dirijoru, müğənni Zabil Məmmədov hərbçilərə öz musiqi sovqatlarını çatdırdılar. Bədii hissənin sonunda əsgərlərə mədəniyyət işçiləri adından bayram xonçaları təqdim olundu.