Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaşıl donlu Novruzum”

18.03.2019

Mart ayının 18-də M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Ə. Abdullayev adına diyarşünaslıq evində 9 saylı tam orta məktəbin iştirakı ilə “Yaşıl donlu Novruzum” adlı  bayram şənliyi keçirmişdir. Şənlikdə  diyarşünaslıq evinin kollektivi, müəllimlər, şagirdlər, valideynlər iştirak etmişlər. Öncə təbrik üçün söz məktəbin direktoru İntizar Adışirinovaya verilmişdir. İ. Adışirinova təbrik nitqini söyləyərkən bu bayramın gur tonqalları, noğıl-nobatlı xonçaları, yamyaşıl səmənisi, mübarək niyyətləriylə tanındığını və sevildiyini qeyd etmişdir.

Şagirdlərdən Dinar Məmmədova “Yaz günü”, “Novruz günü”, Şəhla Yusifli “Bahar”, Nərmin Osmanova “Bənövşə” şeirlərini söyləmişlər. Sonra tədbirdə iştirak edən balacalar Kosa və Keçəli səsləyiblər. Kosa və Keçəlin gəlişi şənliyi daha da canlandırıb. Onlar uşaqlarla rəqs edib, yumurta döyüşdürüblər.

Xorun ifasında “Mübarək olsun” mahnısı səsləndirilmiş, kollektiv rəqslər ifa edilmişdir.