17.01.2018
17 yanvar 2018-ci il tarixdə "Vətən fədailəri" mövzusunda 20 Yanvar hadisəsinin 28 illiyinə həsr olunmuş Balakən rayon Tarix diyarşünaslıq muzeyində dəyirmi masa keçirilmişdir. Muzeyin direktoru Xəlifə Mirəliyev tədbir iştirakçılarını salamlayıb yanvar hadisələri haqqında qısa məlumat verdi. Sonra söz muzeyin elmi işçisi E.Çompuzov "Vətən fədailəri" adlı məruzə ilə çıxış etdi. Tədbirdə iştirak edən şəhid valideynləri dövlət tərəfindən şəhidlərə göstərilən diqqət və qayğıdan danışdılar. Sonda tədbirə dəvət olunmuş Din xadimi şəhidlərin ruhuna dualar oxudu. Tarx diyarşüq muzeyində şəhidlər üçün ehsan verildi.