18.03.2019
18 mart 2019-cu il tarixdə Şəki İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbində V.İbrahim adına folklor evi və B.Ələsgərova folklor klubunun kollektivləri birlikdə “Yurdumuza bahar gəlir, yaz gəlir” adlı bayram şənliyi təşkil ediblər. Şənliyi giriş sözü ilə məktəbin direktoru Nurlana İbadullayeva açaraq tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdikdən sonara bədii proqrqam təqdim olunub. Şagirdlərdən Murad Əsgərov, Taleh Əhmədov, Aydan Seyidova, Gülbahar Cabbarova, Zəhra Rzayeva və başqaları səhnəciklər göstərmiş, milli rəqslər nümayiş etdirmişlər. Tədbirin sonunda məktəbin şagirdləri “Çoban” rəqsini ifa ediblər.