19.03.2019
19 mart 2019-cu il tarixdə Bəxtiyar Vahabzadənin ev muzeyində şairə və sənətkar Gülşad Nuraninin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Azərbaycan Respublikasının rəmzlərinin muncuqlarla işlənmiş təsviri kompozisiyaları və digər əl işləri nümayiş etdirilib. Ərazidə yerləşən 3 saylı uşaq bağçasının kollektivi və məhəllə sakinləri ev muzeyinə gələrək sərgi ilə tanış olublar. Baxış başa çatdıqdan sonra, sərginin balaca iştirakçıları Gülşad xanımın bayrağa həsr olunmuş şeirlərini səsləndiriblər. Sonda Gülşad Nurani muzeyin direktoru Elşən Zəkəryəbəyliyə və 3 saylı uşaq bağçasının kollektivinə təşəkkür edərək, onlara əl işlərindən ibarət nümunələr hədiyyə edib.