19.03.2019
Martın 19-u Bakıda Novruz şənliyi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı Fəvvarələr meydanında sakinlərlə söhbətləşib, Novruz yarmarkası ilə tanış olub, sonra İçərişəhərdə “Bahar qalası” festivalına baş çəkib.
Prezident Müasir İncəsənət Mərkəzində olub, Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıb, sakinlərlə çay süfrəsi arxasında söhbət edib, “Səma” uşaq rəqs ansamblının çıxışını izləyib.
İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.
Paytaxtda keçirilmiş bayram şənliyində Şəki Regional Mədəniyyət İdarəsini Şəki və Qax rayonları təmsil ediblər.