18.03.2019
Novruz yazın gəlişini, Yeni günün başlanğıcını simvolizə edən xalq bayramıdır. 2009-cu il sentyabr ayının 30-da UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz hazırda dünyanın bir sira ölkələrində bayram kimi qeyd olunur. Bu bayram səməni yetişdirmək, papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, yumurta döyüşdürmək və digər adətlərlə yaddaşlarda qalmışdır.
Ölkəmizin hər yerində olduğu kimi, qədim Oğuz elində də Novruz bayramı xüsusi təmtaraqla keçirilir. Mart ayının 18-də Oğuz rayon Mərkəzi Kitabxanasında bayram şənliyi qeyd olunmuşdur. Novruz bayramı münasibəti ilə kitabxanada çay-şirniyyat süfrəsi açılmış, iştirakçılar bir birilərinə bayram təbriklərini çatdırmış, bayram adət -ənənələrindən söhbət açmışlar.