Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şorsu kənd folklor klubu kənd məktəbi ilə birlikdə hüzn günü ilə əlaqədar tədbir keçirmişdir

17.01.2018

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan Şorsu kənd folklor klubu 17 Yanvar 2018-ci il tarixində Şorsu kənd tam orta məktəbi ilə birlikdə 20 Yanvar hüzun günü ilə əlaqədar tədbir keçirilmişdir. 

Tədbiri folklor klubunun müdiri Məmmədov Raqif açaraq  faciə haqqında qısaca məlumat verdi. Sonra söz Şorsu tam orta məktəbin direktoru Şərəf Şuayevaya verildi. Şərəf müəllimə Qara Yanvar haqqında, o günlərin ağrı-acısından danışdı.

Daha sonra məktəbin tarix müəllimi Müftəliyev Elçin söz alaraq qanlı-qadalı günlərdən,  dinc əhaliyə divan tutulmasından söhbət açdı. Sonda məktəbin  şagirdləri hüzün gününə aid şeirlər söylədilər.