15.03.2019
15 mart 2019-cu il tarixdə Balakən şəhər Mərkəzi Kitabxanasında tanınmış dramaturq, şair, yazıçı, teatr xadimi Cəfər Cabbarlının yubiley gecəsi keçirilib.
Tədbirdə şəhər uşaq kitabxanası, Mərkəzi kitabxananın, RİH-nin nümayəndələri, rayon Gənclər və İdman İdarəsinin könüllüləri, rayon ziyalıları, Balakən yazarları və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, Balakən şəhər kitabxanasının müdiri Gülarə Muradova çıxışında böyük dramaturq C.Cabbarlının yaradıcılığı, şərəfli və örnək dolu həyat yolu barədə geniş məlumat verib.
Sonra qonaq qismində iştirak edən rayonun ədəbiyyat müəllimi, yazar Aygün Sadiq çıxışında C.Cabbarlının ədəbi fəaliyyətindən danışıb.
Tədbirdə Respublika Əsgər Ailəsi İctimai Birliyi region şöbəsinin sədri, “Çeşmə” Ədəbi birliyinin sədri, yazıçı-publisist Nəfisət Vahid çıxışında C.Cabbarlının yaradıcılığından danışaraq, müasir dövr yazarlarına uğurlar arzulamışdır. Həmçinin ”Balakən” qəzetinin məsul katibi, jurnalist Zeynəddin Həsənli də C.Cabbarlı haqda yüksək fikirlər səsləndirərək onun hər kəsə nümunə olan yazıçı olduğunu vurğulayıb.
Yubiley gecəsi C.Cabbarlının şeirlərindən ibarət musiqili proqramla başa çatıb.