Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Səyyar Sərgi” proqramının nümayəndə heyyəti Qax rayonuna səfər etmişdir

14.03.2019

Yarat Müasir İncəsənət Məkanı İctimai Birliyinin “Səyyar Sərgi” proqramının nümayəndə heyyəti Qax rayonuna səfər etmişdir. Bu proqram çərçivəsində təşkil olunmuş seminar və treninqlər    12-14 mart 2019-cu il tarixlərində Qax Heydər Əliyev Mərkəzində keçirilmişdir. 12 mart tarixində Səyyarə Hüseyinli tərəfindən keçirilmiş ustad dərsi - “Vizuallaşdırma və onun praktik tətbiqi” adlanırdı. Bu tədbirdə əsasən ibitidai sinif müəllimləri iştirak etmişdir. 13 mart tarixindəki “Təşkilatın kommunikasiya strategiyasının yazılması” seminarı isə Hökümə Kərimova təqdim edlirdi. Elə həmin gün keçirilmiş “Yarpaqlar ilə kompozisiya” ustad dərsinin iştirakçıları analar və uşaqları idi. Kanadadan və İtalyadan olan rəssamlar tərəfindən 13-14 mart tarixlərində də maraqlı seminarlar təşkil olunmuşdur. Mendy Merzaban iştirakçılardan “Yenə o bağ olaydı” şeirindən istifadə edərək fərqli bir şeir yazılmasını tapşırıq olaraq verdi. Tədbir zamanı maraqlı və fərli şeirlər alındı. Italyan rəssamı Laura Bianco “Araşdırma haqqında məlumat” mühazirəsini təqdim etdi. Bu mühazirənin iştirakçıları 18 yaşdan yuxarı gəncləridi. Ümumilikdə Qax rayon ictimaiyyətini əhatə edən bu tədbirlər fərqli və faydalı olaraq yaddaşlarda qaldı.