Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdi

16.01.2018

16 yanvar 2018-ci il tarixdə Qax rayonu Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yol” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon 1 və 4 nömrəli məktəblərin 8-ci və 9-cu sinif şagirdləri iştirak etmişdir. Öncə Qanlı Yanvar haqqında şagirdlərə məlumat verildi. Sonra məktəblilər arasında yarış keçirildi. Şagirdlərə tariximizə aid suallar ünvanlandırıldı. Cavablara görə qalib məktəb elan edildi. Sonda 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş etdirildi.