Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edən muzey işçiləri üçün “Muzeylər canlı tarix, turizmə dəstəkdir” mövzusunda səyyar seminar-treninqə start verildi.

19.07.2017

Mədəniyyət və Turizm Nazirinin 06 iyun 2017-ci il tarixli 143 nömrəli əmrinin icrası ilə əlaqədar Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsində muzeylərin üzərinə düşən vəzifələrin öyrənilməsi, inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən 18-22 iyul 2017-ci il tarixində Şəki regional mərkəz olmaqla Oğuz, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edən muzey işçiləri üçün “Muzeylər canlı tarix, turizmə dəstəkdir” mövzusunda səyyar seminar-treninqə start verildi. Səyyar seminar-treninq Mərkəzin direktoru fəlsəfə doktoru Ramazan Şabanov tərəfindən açıq elan edildi. Açılışda Şəki Regional  Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xatirə Səlimli və Şəki Tarix-diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova da iştirak etmişdir.

Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 56 nəfər muzey işçisi iştirak edir. Treninqi əhatə edən mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, muzey işinin təşkili və turizmin inkişafı məsələlərini əhatə edir. Treninqə Mərkəzin bir qrup əməkdaşları, mütəxəssis olaraq isə Azərbaycan İstiqlal muzeyinin fond müdiri Aidə Axundova və Milli Tarix Muzeyinin əməkdaşı Sahibə Ələkbərova da cəlb olunmuşdur. Treninq 22 iyul tarixinə qədər davam edəcəkdir.