12.03.2019
Balakən rayonunun Qabaqçöl qəsəbəsində 12 mart 2019-cu il tarixdə Yel çərşənbəsi təntənəli şəkildə qeyd olundu. Bayram tonqalı yandırılandan sonar Bahar qız şənlik iştirakçılarını təbrik etdi. Kənddə yaşayan azsaylı xalqların nümayəndələri, avarlar şənlikdə öz adət-ənələrini, milli yeməklərini, şirniyyatlarını, səməni və xonçalarla bəzədilmiş süfrələrini nümayiş etdirdilər. Keçəl və kosanın zarafatları, bayrama xas olan yumurta döyüşü böyük maraqla qarşılandı. Mədəniyyət işçiləri tərəfindən təşkil edilmiş müxtəlif və rəngarəng rəqslər, bayramı əks etdirən mahnılar, qədim dambur alətində ifa olunan el havaları tədbir iştirakçılarına uzun müddət xatırlanacaq əsl bayram əhval-ruhiyyəsi bəxş etdi.