Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ölkənin qərb bölgəsinə ekskursiyaya yollananmışlar

15.03.2019

15 mart 2019-cu il tarixində Zaqatala məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ölkənin qərb bölgəsinə ekskursiyaya yollananmışlar. Öncə məktəblilərlə 14 mart tarixində Zaqatala Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə artıq altıncı ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini bildirib. Vurğulanıb ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin bariz nümunəsidir. Martın 15-də səhər saatlarında rayon Heydər Əliyev Mərkəzinin qarşısında ölkənin qərb bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün Mərkəzin toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə tövsiyələrini verirdilər.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Zaqatala şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şamil Rəhimov, Muxax kənd məktəbinin şagirdi Fədayə Vəliyeva və digər məktəblilər gənclərə belə gözəl layihə bəxş etdiyinə görə məktəblilər adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola düşüblər.