Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax şəhərinin mərkəzi meydanında “Yel Cərşənbəsi” qarşılanıb

12.03.2019

12 mart 2019-ci il tarixdə Qax şəhərinin mərkəzi meydanında Qax rayon İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin və S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Yel çərşənbəsi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, idarə və təşkilatların nümayəndələri, şəhər əhalisi iştirak etmişlər. Bayram tədbiri milli geyimdə olan oğlan və qızların çərşənbə tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başlayıb. Dağlara yayılan zurna səsi novruzun gəlişindən xəbər verib. El-elat tonqal ətrafına yiğişıb. Novruzun atributları olan səməni, Kosa – Keçəl meydana bayram ab-havası gətirib.

Sudan keçib, oddan keçib, təbiətin həzin mehinə bələnərək Novruzun pişvazına çıxanlar Əfrayim Yahyayevin, Lalə İlyasovanın, Arzu Dunusovanın, Pərvin Piranovun, Xuraman Camalovanın ifalarında səslənən bahar əhval–ruhiyyəli nəğmələri alqışlarla qarşılayıblar. Qax rayon İncəsənət məktəbinin ”Tumurcuq” və Qax-İngiloy kənd mədəniyyət evinin “İmedi” rəqs qruplarıın çıxışları Yel çərşənbəsinə xüsusi təravət qatıb.

Tədbir meydana yığışan tamaşaçıların rəqs kollektivləri ilə birgə tonqal ətrafinda  rəqsi ilə sona çatıb.