Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində 20 Yanvar Ümumxalq matəm günü ilə bağlı tədbir keçirilmişdir

16.01.2018

16 yanvar 2018-ci il tarixdə Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində 20 yanvar Ümumxalq matəm günü ilə bağlı tədbir keçrirlmişdir.

Əvvəlcə məktəbin direktoru Şəmsiyyət Əsgərova məktəbin şagirdlərinə 20 Yanvar hadisələri haqqında geniş məlumat verdi və şagirdləri maraqlandıran sualları cavablandırdı Sonra  tədbir iştirakçıları 20 Yanvarla bağlı sərgiyə tamaşa etmiş, divar qəzetində Qanlı Yanvar haqqında yazılmış məlumatı oxumuşlar.

20 Yanvar günü məktəbin bütün müəllimləri Şəhidlər Xiyabanına ziyarət edəcəklər.