Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 4 nömrəli UMM-də bayram konserti keçirilib

07.03.2019

Martın 7-də Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbində “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram konserti keçirilmişdir. Konsertdə məktəbin müəllim və şagirdlərindən ibarət ansambl bədii proqramla çıxış etmişdir. Bir-birindən rəngarəng musiqi nömrələri dinləyicilərə xoş əhval-ruhiyyə yaradaraq, yadda qalan olmuşdur.

Tədbirdə çıxış edən məktəbin direktoru İbrahim Rəsulov iştirak edən bütün qadın valideynləri və həmçinin qadın kollektivinin bayramını təbrik etmiş və onlara xoş arzularını ünvanlamışdır.