11.03.2019
Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində şəhər və kənd bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə “Novruz təranələri” devizi altında 1 mart 2019-ci il tarixdən start götürmüş baxış-müsabiqəsinə 11 mart 2019-ci il tarixdə yekun vurulub.
Yeniyetmə istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə Şəki şəhər və rayon umumtəhsil məktəblərindən gəlmiş 400-dən yuxarı uşaq və yeniyetmələr iştirak ediblər. Onların arasından ən yaxşı istedadlar seçilərək münsiflər tərəfindən bəyənilib və alqışlanıblar. Münsiflərdən Rəşad Rüstəmovun (M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri), Zabil Məmədovun (Mədəniyyət Mərkəzinin dirijoru), Xumar Əsədovanın (uşaq incəsət məktəbinin rəqs müəllimi), İdris İdrisovun (M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin rejissoru), Rəşad Rəşidovun (Şəki şəhər Təhsil Şöbəsinin metodisti), Səbahət Bağırovanın (Gənclər və İdman İdarəsinin təlimatçısı), Rəhim Qocayev (Şəki Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist) və Nəzakət Əliyevanın (MİHİ Şəki RK-nın təlimatçısı) verdikləri seçim qərarına əsasən müsabiqədə fərqlənmiş yeniyetmələrin siyahısı mükafatlandırma üçün Şəki şəhər Gənclər və İdman və Şəki Regional Mədəniyyət İdarələrinə təqdim olunub.