06.03.2019
6 mart 2019-cu il tarixdə Balakən MKS-nin Katexzavod kənd kitabxana filialının işçiləri və fəal oxucular 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə əlil qadın Kurupova Alcənnət xanımın evində görüş keçirdilər.
Görüşdə kitabxanın əməkdaşları və fəal oxucular Alcənnət xanımın 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdilər.
Əlil qadının yazma-oxuma qabiliyyəti olmadığı halda onun kitaba marağını bilən kitabxana işçiləri Alcənnət xanıma tez-tez səyyar xidmət göstərir, onu yeni nəşrlərlə tanış edir, kitablar haqqında məlumat verirlər.