Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Dövlət Rəsm Qalereyasında C.Məmmədquluzadənin “Poçt qutusu” əsərindən səhnəciklər göstərilib

05.03.2019

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Bu münasibətlə  martın 5-də Şəki Dövlət Rəsm Qalereyası və Bilqeys Ələsgərova adına folklor klubunun birgə təşkilatçılığı ilə görkəmli yazıçının yubileyi qeyd olundu. Klubda fəaliyyət göstərən dram dərnəyinin üzvləri tərəfindən C.Məmmədquluzadənin 1903-cü ildə qələmə aldığı və ilk mətbu hekayəsi olan “Poçt qutusu” əsərindən bir səhnəcik nümayiş edildi. Novruzəlini, poçtalyonu və digər obrazları Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın II, VIII və X sinif şagirdləri canlandırdılar. “Poçt qutusu”ndan nümayiş olunan səhnəcik tamaşaçılara xoş təəssürat bağışladı.

Sonda qalereyanın direktoru İlahə Məmmədova çıxış etdi. Çıxışda qeyd olundu ki, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində Cəlil Məmmədquluzadə müstəsna rol oynamış və özündən sonra bütöv bir ədəbi irs qoyan qüdrətli şəxsiyyətdir. Onun “Poçt qutusu” hekayəsi nəinki nəsrin inkişafında, bütünlükdə milli ədəbiyyatın tarixində yeni dövr açmışdır.