Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa

16.01.2018

20 Yanvar hadisələri zaman keçdikcə yaddaşlarda daha dərin izlər salır. Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə fərman verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri, ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər ehtiramla, məhəbbətlə anılır. Çünki onlar daşlaşmış ömür sahiblərinə çevriliblər.

20 yanvar 1990-cı il faciəsi ilə bağlı 16 yanvar 2018-ci il tarixində Qax rayonunun C.Cabbarlı adına Mərkəzi Kitabxanasında “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru G.Əhmədova açdı. 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə “Əbədiləşən tarix” ,”20 Yanvar şəhidlərinə dövlətin qayğı və ehtiramı” adlı məruzələr dinlənildi. Məruzələrdə 20 Yanvar şəhidlərinə göstərilən dövlət qayğısından söhbət açıldı. Qeyd edildi ki,  az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq... Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtətəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Dövlət Başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.

Tədbirdə “Qərənfilin ləçəyində yaşayacaq şəhidlərim!” adlı kompozisiya təqdim olundu. Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Müstəqilliyi qanla qazananlar” adlı bukletlər verildi və 20 Yanvar sərgisinə baxış keçirildi.