Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 4 №- li uşaq musiqi məktəbində konsert-mühazirə keçirilib

27.02.2019

Şəki şəhər 4 №-li uşaq musiqi məktəbində 27 fervral 2019-cu il tarixdə dahi Azərbaycan bəstəkarı, Xalq artisti, professor Əşrəf Abbasovun yaradıcılığına həsr olunmuş konsert-mühazirə keçirilib.

Tədbirdə məktəbin direktoru İbrahim Rəsulov bəstəkarın həyat və yaradıcılığına dair geniş məruzə ilə çıxış edib. Çıxışda bütün ömrünü, istedadını, yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinin böyük olduğu qeyd edilib. Bildirilib ki, o, xalq musiqisinə yaradıcılıqla yanaşaraq, özünün yeni əlavələri ilə orijinal əsərlər yazmışdır. Eyni zamanda, klassik irsi dərindən mənimsəməsi, müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnməsi onun əsərlərinin mükəmməlliyini təmin edən amillərdəndir. Odur ki, bəstəkarın əsərləri yüksək peşəkarlığı, bədii məzmunun aydınlığı, mövzularının müasirliyi, emosionallığı, səlis üslubu ilə diqqəti cəlb edir. Həmişə axtarışda olan bəstəkarın əsərləri janr müxtəlifliyi ilə də seçilmişdir.

Məruzə başa çatdıqdan sonra, məktəbin müəllim və şagirdlərinin ifasında görkəmli bəstəkarın əsərlərindən nümunələr səsləndirilib. Konsert -mühazirə dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.