05.03.2019
Martın 5-də Şəki uşaq incəsənət məktəbində “Dövlətimiz mədəniyyətimizin qarantı və himayədarıdır” adlı tədbir keçirildi. Tədbir əsasən ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə tarixi görüşünə həsr edilmişdi.
UİM-nin direktoru Eldar Rəcəbov tədbirə dəvət olunmuş nümayəndələri, “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimovu və Şəki RMİ-nin əməkdaşı İsmayıl İsmayılovu tədbir iştirakçılarına təqdim edərək, sözü qonaqlara verdi. Y.Rəhimov çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin mədəni həyatımızı zənginləşdirən və vətəndaş məmnunluğunu təmin edən son sərəncamları ilə həyata keçirilən layihələr və bu sahələrə dövlətimiz tərəfindən böyük dəstək verildiyi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişmiqyaslı layihələrdə öz əksini tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü bu sahəyə ayrılan diqqətin daha bir təzahürüdür. Cənab Prezident iş qrafikininin gərgin olmasına baxmayaraq, mədəniyyət xadimləri ilə görüşərək, onların qaldırdıqları məsələləri, irəli sürdükləri təklifləri təmkinlə dinləyib. Görüşdə qaldırılan önəmli məsələlərin və təkliflərin bir çoxu dərhal, yerindəcə öz həllini tapıb. Y.Rəhimov görüş zamanı xalqın dəyərli ziyalılarıının təklifləri əsasında cənab Prezident tərəfindən verilən qərarların nəticə etibarı ilə yaxın zamanda bütün mədəniyyət işçilərinin gündəlik həyat və fəaliyyətlərində öz əksini tapacağını diqqətə çatdırdı.
İ.İsmayılov görüşün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmaqla, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, 2019-cu ildə geniş islahatlara start verildiyini bildirdi. O, xalq-iqtidar birliyinin təcəssümü olaraq bütün mədəniyyət işçilərini öz peşə və vəzifə öhdəliklərini daha da məsuliyyətlə yerinə yetirərək Dövlətimizə nümunəvi xidmət etməyə və onun Prezidentinə daim dəstək olmağa səslədi.
Tədbirin sonunda səmimi görüşdən qaynaqlanan səmimi çıxışlar alqışlarla qarşılandı.