Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib

04.03.2019

Fevralın 4-də Şəki Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib. İclasda Regional İdarənin əhatə dairəsində olan rayonların mədəniyyət müəssisələrinin rəhbərləri, məsləhətçilər və MİHİK sədrləri iştirak ediblər.

İdarənin rəisi Mirvari Zeynalova iclası açıq elan edərək, iştirakçıları 2019-cu il üçün Şuranın illik iş planı ilə tanış etdikdən sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə tarixi görüşünün əhəmiyyəti barədə danışıb.

Daha sonra Şuranın tərkibinin yenilənməsi ilə əlaqədar məsələyə baxılıb. Əsasnamənin tələblərinə uyğun olaraq, regional idarənin Zaqatala rayonu üzrə baş məsləhətçisi Fizzə Mahmudova və idarənin məsləhətçisi Ülkər Mahmudova Şuranın tərkibinə daxil ediliblər.

İclasda eyni zamanda Nazirliyin 2019-cu ilin birinci yarısı üçün iş planına əsasən, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının Şəki Regional Mədəniyyət İdarəsi üzrə Balakən rayonunda keçirilməsi nəzərdə tutuldugu elan edilərək, həmin festivalda iştirak edəcək folklor kollektivləri, sənətkarlar, müğənni və ifaçılar, ansambıllar haqqında müzakirələr aparılıb.

Regional mədəniyyət idarələrinin ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, idarələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, habelə Nazirlik və regional mədəniyyət idarələri arasında mətbuatla iş sahəsində məlumat mübadiləsinin sürətləndirilməsi, operativliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Milli Kitabxanasında keçirilmiş təlimlərlə baglı, həmin təlimlərdə müzakirə olunan məsələlər və verilən tövsiyələr haqqında idarənin əməkdaşı Kəmalə İsmayılova məlumat verib.

İdarənin məsləhətçisi Dilbazi İsmayılovanın və “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimovun aylıq statistik məlumatları dinlənildikdən sonra, M.Zeynalova iclasa yekun vuraraq, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Regional İdarəni təmsil edən bütün qadınları təbrik edib.