Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanının müzakirəsi keçirilib

22.02.2019

Qax rayon MKS-nin Ağçay kənd kitabxanasında yazıçı Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanının müzakirəsi keçirilib. Kitab müzakirəsi Xocalı faciəsinə - bu qanlı faciədən ötən 27 ilə həsr olunmuşdur. Müzakirədə kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Zülfiyyə müəllimə, məktəblilər və kitabxana əməkdaşları iştirak ediblər. Yazıçının romanı XX əsrin ən dəhşətli qırğını olan Xocalı soyqırımına və erməni əsirliyində əzab çəkən həmvətənlərimizin acınacaqlı taleyinə həsr edilib.

Ağçay kənd kitabxanasının kitabxanaçısı Sevinc Abakarova, Ağçay kənd orta məktəbin müəlliməsi Zülfiyyə Rəsulova çıxışlarında Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüquq norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş Xocalı faciəsi haqqında iştirakçılara məlumatlar  verməklə, Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Sonda tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar.