Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi ruhun qidasıdır

14.01.2018

14 yanvar 2018-ci il tarixdə Şəki 2 nömrəli uşaq musiqi məktəbində Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət  konsert baş tutdu. Konsertdə Azərbaycan, rus, alman, çex  və digər ölkə bəstəkarlarının əsərləri,  xalq rəqsləri və şairlərinin şeirləri  ifa olundu. Konsertin özəlliyi ondan ibarət oldu ki, konsertdə ifa olunan əsərlərin müəllifləri haqqında qısa məlumatlar verildi ki, bu da tamaşaçılarda xüsusi maraq yaratdı.Tədbirin sonunda məktəbin direktoru T.Məmmədov və valideynlər  çıxış  edərək konsertin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildirdilər.