Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə şeir müsabiqəsi keçirilib

13.02.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu ilin Nəsimi ili elan edilməsi ilə əlaqədar 13.02.2019-cu il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” şeir müsabiqəsi keçirilib. Müsabiqədə “Nizami” və “Nəsimi” adına şəhər orta məktəblərinin şagirdləri və həvəskar gənclər iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev müsabiqəni açıq elan etdikdən sonra, 1 saylı şəhər klubunun müdiri Turan Musayev İmadəddin Nəsiminin yaradıcılığı haqqında müsabiqə iştirakçılarına məlumat verib.

Müsabiqədə İmadəddin Nəsiminin şeirləri və qəzəlləri səsləndirilib və fərqlənən iştirakçılar MİHİ Balakən rayon Komitəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

Mədəniyyət Mərkəzi və onun filiallarında il boyu “Nəsimi - 2019” ili çərçivəsində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur