Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı – sükutun harayı”

26.02.2019

26.02.2019-cu il tarixdə Zaqatala rayon Mədəniyyət Mərkəzi və şəhər Mədəniyyət evi ilə birgə Məcburi köçkünlər şəhərciyində yeləşən klubda, Ağdam rayon 152-saylı tam orta məktəbində 26 Fevral Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı – sükutun harayı”  əbədi nəğmə - kompazisiya təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova açaraq Xocalı faciəsi haqqında ətraflı məlumat verdi. Mərkəzinin bədii rəhbəri Samirət Hümbətova “Xocalı – sükutun harayı” mövzusunda məruzə ilə çıxış etdi. Mərkəzin həvəskarlarından Məhəmməd Qazıyev, İslam Qazıyev, şəhər Mədəniyyət evinin həvəskarları Aylin Məmmədova və Nəzrin Məmmədova şəhidlərin xatirəsinə həsr olunmuş şeir və mahnılar ifa etdilər.