Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən kitabxanaçıları tərəfindən səyyar xidmət göstərilir

21.02.2019

21.02.2019-cu il tarixdə Balakən MKS-nin Qazma kənd kitabxana filialının işçiləri tərəfindən ərazidə yaşayan müxtəlif qruplardan olan kitabsevər istifadəçilərə səyyar xidmət göstərilmişdir. Kitabxana işçiləri təqaüdçilər Muksu Hüseynova və Əzizə Ukalayevanın evlərində olmuş, onlara kitab seçimində yardımçı olmuşlar.

Görüş zamanı kitabxana müdiri T.Hüseynova hər bir yaşda kitab oxumağın faydalarından danışaraq, kənd sakinlərinin yaşlı nəslinin ən çöx dini ədəbiyyata və tarixi mövzularda yazan müəlliflərin əsərlərinə, gənclərinisə daha çox klassiklərə və poeziyaya maraq göstərdiklərini qeyd edib.

Səmimi söhbətdən sonra oxuculara Nəriman Süleymanovun “İnsan yaşayır”, Fikrət Qocanın “Ölüm ayrılıq deyil”, Ziyəddin Soltanovun “Ömür keçdi, günkeçdi”, Əli Səmədlinin “Generalın uşaqlığı”, “Qaçaq Nəbi” kitabları təqdim edilib.

M.Hüseynova və Ə.Ukalayeva onlara göstərilən diqqət və qayğıya görə kitabxanaçılara öz minnətdarlıqlarını bildiriblər.