Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı - Şəhid şəhər”

22.02.2019

Fevralın 22-də Balakən MKS-nin Katexzavod kənd kitabxana filialında 26 fevral - Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar “Xocalı Şəhid şəhər” adlı ədəbi - bədii kompozisiya keçirildi.

Tədbirdə Katexzavod tam orta məktəbinin bir qrup müəllim və şagird kollektivi, 1 saylı Katexkənd kitabxana filalının işçiləri, MKS-nin direktoru M.Tağıyeva, MKS-nin işçiləri və kitabxananın fəal oxucuları iştirak etdilər. Tədbiri giriş sözü ilə kitabxanaçı S.Mollaçıyeva açdı. Kitabxananın müdiri T.İsmayilova Xocalı soyqırımı haqqında məruzə ilə çıxış etdi.

Məruzə ətrafında MKS-nin direktoru M.Tağıyeva, oxuculara xidmət şöbəsinin müdiri N.Ramazanova, məktəbin dil-ədəbiyyat müəllimi T.Əliyeva çıxış etdilər. Məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər.

Tədbirin sonunda iştirakçılar kitabxanada Xocalı faciəsinə həsr edilmiş sərgi ilə tanış oldular.