18.02.2019
Şəki uşaq incəsənət məktəbində, məktəbin müəllimi Xəyalə Abrurahmanovanın təşkilatçılığı ilə skripka şöbəsinin konserti keçirilib. Konsertdə Xəyalə Abdurahmanovanın, Aişə Əkbərovanın və Vüsalə Cabbarlının sinifləri iştirak ediblər. Skripka sinfinin şagirdləri müxtəlif bəstəkarların əsərlərini, bir-birindən gözəl ifalarla izləyicilərə nümayiş etdiriblər. Konsertdə səslənən bütün əsərlər öz rəngarəngliyi ilə seçilib. Sonda məktəbin direktoru Eldar Rəcəbov tədbiri hazırlayan müəllimələrə öz təşəkkürünü bildirərək, yerli və xarici bəstəkarların əsərlərini məharətlə ifa edən şagirdlərə yeni uğurlar arzulayıb.