21.02.2019
21.02.2019- cu il tarixdə Balakən MKS-nin Katexzavod kənd kitabxana filialında 21 fevral - Beynəlxalq Ana dili günü ilə əlaqədar “Mənim ana dilim” adlı poeziya gecəsi keçirildi.
Poeziya gecəsində Katexzavod tam orta məktəbinin müəllim və şagird kollektivi, filial müdirləri, MKS-nin direktoru M.Tağıyeva, kitabişləmə şöbəsinin müdiri M.Əhmədova, xidmət şöbəsinin müdiri N.Ramazanova və kitabxananın fəal oxucuları iştirak etdilər. Tədbiri giriş sözü ilə kitabxananın müdiri T.İsmayılova açdıqdan sonra, kitabxanaçı S.Mollaçıyeva Ana dili günü ilə əlaqədar məruzə etdi. Məruzə ətrafında MKS-nin direktoru M.Tağıyeva, xidmət şöbəsinin müdiri N.Ramazanova, dil-ədəbiyyat müəllimi T.Əliyeva çıxış etdilər. Şagirdlərin ifasında Ana dilinə, Vətənə aid şeirlər səsləndirildi, mahnılar oxundu.
Sonda tədbir iştirakçıları Ana dili günü ilə əlaqədar yaradılmış geniş sərgi ilə tanış oldular.