Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dilimizi sevək və sevdirək!

19.02.2019

Fevralın 19-da Qax rayonu C.Cabbarlı adına Mərkəzi Kitabxanada Beynəlxalq Ana dili Günü münasibətilə “Dilimizi sevək və sevdirək!” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Qax MKS-nin direktoru G.Əhmədova açaraq, “Milli varlığımıızın ifadəsi – Ana dilimiz” məruzəsi ilə çıxış edib. Sonra kitabxananın əməkdaşı Hicranə Vəliyevanın çıxışı dinlənilib. Tədbir iştirakçılarından, kitabxananın daimi oxucusu, hal-hazırda təqaüddə olan müəllimə Nisbi Osmanova, “Günərzi Qayğı Mərkəzi”nin rəhbəri Səfiyyə Süleymanova, S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru K.Məcidova, şairə Solmaz Elqızı çıxış edərək, dilimizlə bağlı maraqlı açıqlamalar veriblər.

Tədbirdə “Ana dilim” kompozisiyası səsləndirilib və “Dilimiz keçmişdən bugünə” video çarxı nümayiş olunub.