19.02.2019
19.02.2019-cu il ltarixdə Balakən rayon Qaysa kənd kitabxana filialında 21 fevral Ana dili günü ilə əlaqədar “Məni xoşbəxt eyləyən öz sevimli dilimdir” adlı ədəbi- bədii gecə keçirildi.
Tədbirdə Qaysa kənd orta məktəbinin şagirdləri, mədəniyyət işçiləri, fəal oxucular, tibb işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Fatma Məmmədova açdı və tədbir iştirakçılarına “21 fevral – Ana dili günü” ilə əlaqədar geniş məlumat verdi: “Bu gün fəxr etməliyik ki, danışdığımız Azərbaycan dili dünyanın ən şirin, ən zəngin, ən mükəmməl dillərindən biridir. Hər bir insan öz dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.”
Tədbirin sonunda məktəblilər Ana dili və Vətənə aid şeirlər səsləndirib, səhnəciklər nümayiş etdirdilər.