18.02.2019
Fevral ayının 18-də Qğuz rayonu Bayan kənd kitabxanasında “21 Fevral - Beynəlxalq ana dili günü” ilə əlaqədar “Ana dilini sevək və qoruyaq” başlıqlı uşaq səhərciyi keçirilib. Tədbirdə müxtəlif yaş qruplarından olan 27 nəfər şagird iştirak edib.
Tədbirin əvvəlində Vətənə, Azərbaycana, Ana dilinə aid musiqi səsləndirildikdən sonra kitabxanaçı Nigar Nurməmmədova “Ana dilini sevək və qoruyaq”, X sinif şagirdi Əmanət Bayraməliyeva “21 Fevral - Beynəlxalq ana dili günüdür” başlıqlı məruzələri ilə çıxış ediblər.
Məruzələrin dinlənilməsi başa çatdıqdan sonra şagirdlər yeni kitablarla və kitabxananın “Nağıl guşəsi” ilə tanış olublar.