14.02.2019
Azərbaycan xalqına qarşı bəşəriyyət tarixinin vəhşi, qanlı soyqırımlarından biri də Xocalıda həyata keçirilib. Bu il Xocalı soyqırımının 27-ci ildönümü Azərbaycanda hüznlə, kədərlə, ürək ağrısı ilə qeyd olunur.
14.02.2019-cu il tarixdə Oğuz rayonunun Şirvanlı kənd kitabxanasında faciə ilə əlaqədar “Xocalı qan ağlayır” adlı ədəbi-bədii kompozisiya keçirildi. İlk öncə Xocalıda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Kitabxananın müdiri T.Xəlilova "Erməni qəddarlığı, Xocalı soyqırımı" başlıqlı məruzə ilə çıxış etdi. Sonra IX sinif şagirdləri- O.Şəlalə, Q.Gülsüm, M.Gültən, IV sinif şagirdləri - Q.Nəzrin, Q.Fidan, V sinif şagirdləri - İ.Ülkər, M.Aysun Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər. Kitabxanada uşaqların çəkdikləri rəsmlərdən ibarət "Xocalı faciəsi - uşaqların gözü ilə" başlıqlı sərgi və "Xocalı, sızlayan yaddaşımız" adlı foto stend nümayiş olundu.