Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana dilim şirindir”

14.02.2019

14 fevral 2019-cu il tarixdə Balakən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində 21 fevral - Beynəlxalq Ana dili günü ilə əlaqədar “Ana dilim şirindir” adlı ədəbi - bədii gecə keçirilmişdir. Gecədə kitabxananın fəal oxucuları, UGYM-nın dərnək rəhbərləri, 2 saylı sənətkarlar klubunun işçiləri, valideynlər və MKS-nin kollektivi iştirak etmişdir.

“Dil millətin varlığıdır” adlı sərgiyə baxışdan sonra, tədbirin aparıcısı Jalə Baxışova çıxış edərək qeyd etdi ki, 21 fevral bütün dünyada Ana dili günü kimi qeyd olunur.

Tədbirdə Ana dilinə və Vətənə aid şairlərimizin yazdıqları şeirlər, qüdrətli söz ustası İmadəddin Nəsiminin qəzəlləri səsləndirilmiş, şagirdlərin ifasında “Sarı gəlin” mahnısı, “Arşın mal alan” operasından qızların rəqsi təqdim olunmuşdur.