Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 2 nömrəli UMM-də açıq dərs keçirilib

16.02.2019

Fevralın 16-da Şəki 2 nömrəli uşaq musiqi məktəbində fortepiano şöbəsinin müəllimi Şəhla Hüseynovanın açıq dərsi keçirilib.

Məktəbin müəllimləri Şəhla Hüseynovanın və Rəhimə Həsənovanın təşkilatçılığı ilə keçirilmiş açıq dərsin əsas məqsədi gənc müəllimlərə metodiki köməkliyin göstərilməsi olunmuşdur. Dərsdə digər musiqi məktəblərindən dəvət olunmuş müəllimlər də iştirak etmişlər. Açıq dərsdə məktəbin şagirdləri Sima İsmayılzadənin, Fidan İran purun və kamança müəllimi Sərvər Əzimovun ifalarında şagirdlərin texnika bacarıqlarının artırılması məqsədilə müxtəlif çalışmalar, qammalar, etüdlər çalındırılıb.

Təcrübəli pedaqoq Şəhla Hüseynova çalışmalar üzərindən F.Şopen, S.Bax, K.Çerni və Q.Qarayev kimi korifeylərin yaradıcılığından sitatlar gətirməklə, musiqidə çox ciddi janr olan polifoniyanın incəlikləri haqqında danışıb.

Açıq dərsin sonunda şagirdlərin pianoda və S.Əzimovun kamançada birgə ifa etdikləri, Hacı Xanməmmədovun bəstələdiyi “Yaşa könül” əsəri dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.