20.02.2019
Fevralın 20-də Şəki Dövlət Rəsm Qalereyasında Şəki Uşaq İncəsənət Məktəbi şagirdlərinin rəsmlərindən ibarət “Xocalı ağrısı” adlı sərgi təşkil olunub.
Sərginin 1-ci günündə Şəki 1 saylı tam orta məktəbin və Şəki UİM-nin şagirdləri iştirak edərək, Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Şəki Dövlət Rəsm Qalereyasının direktoru İlahə Məmmədova sərgiyə baxış tamamlandıqdan sonar çıxış edib. Çıxışda qeyd edilib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Sərginin nümayişinin ayın sonunadək davam etdirilməsi nəzərə alınmışdır.