13.02.2019
Fevralın 13-də Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində dahi bəstəkar Qara Qarayevin yaradıcılığı ilə bağlı olaraq nəzəriyyə şöbəsi üzrə açıq dərslər keçirilmişdir. Şagirdlərin bəstəkarın həyatı və yaradıcılığı haqqında ətraflı məlumatlı olmaları, onların təhlil etmək bacarıqları açıq dərsdə iştirak edən müəllimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Məktəbin divar qəzetinin fevral ayı nömrəsində, nəzəriyyə şöbəsinin müəllimləri tərəfindən Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş müəllif yazılarına daha geniş yer verilmişdir.