Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsi anılıb

13.02.2019

Bu gün Şəki şəhərində görkəmli Azərbaycan şairi, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), “İstiqlal” ordenli Bəxtiyar Mahmud oğlu Vahabzadənin anım günü qeyd olunub.

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət işçiləri, Şəki Asan Xidmət Mərkəzinin əməkdaşları, Şəki şəhər 5 və 10 saylı məktəblərin kollektivləri iştirak ediblər. İştirakçılar əvvəlcə Şəkinin mərkəzində yerləşən B.Vahabzadə adına parkda xalq şairinin əzəmətli abidəsini ziyarət etmiş və sonra B.Vahabzadənin ev muzeyində tədbirin davamı olmuşdur.

Tədbirdə dahi şairin ev muzeyi ilə tanışlıqdan sonra dəyirmi masa ətrafında B.Vahabzadə ilə bağlı unudulmaz xatirələr söylənilmiş, məktəblilərin ifasında şairin şeirləri dinlənilmişdir.