Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qullar kənd kitabxanasından nümunəvi addım

12.02.2019

Fiziki qüsurlu və sağlamlıq imkanları məhdud insanların informasiyaya olan tələbatlarının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması cəmiyyətin elm, təhsil, mədəniyyət və informasiya mərkəzi olan kitabxanaların qarşısında mühüm vəzifə kimi durur. Bununla əlaqədar olaraq 12 fevral 2019-cu il tarixində Balakən rayon MKS-nin Qullar kənd kitabxana filialının müdiri S.Yetimova fiziki qüsurlu  Rüstəmova Sona Şamil qızının və Məmmədzadə İlkin Məhəmmədoğlunun evlərində olmuş, onların maraq dairəsinə uyğun kitablarla xidmət göstərmişdir. S.Yetimova fiziki qüsurlu insanların hüquqlarının müdafiə olunmasında Ümummilli lider H.Əliyevin müstəsna xidmətlərindən söhbət açıb. Bu siyasətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev tərəfindən də uğurla yerinə yetirdiyini qeyd edilib.