12.02.2019
12.02.2019–cu il tarixdə Balakən rayonu Katexzavod kənd kitabxana filialında C.Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar olaraq, ədibin “Ölülər” əsərinin müzakirəsi keçirilmişdir. Əsərin müzakirəsində Katexzavod kənd məktəbinin X sinif şagirdləri, müəllimləri və kənd kitabxanasının işçiləri iştirak etmişlər. C.Məmmədquluzadənin həyat və yaradıcılığı, onun “Ölülər” əsəri haqqında kitabxananın müdiri T.İsmayılova məlumat verdikdən sonra, müzakirələrdə məktəbin ədəbiyyat müəllimi T.Əliyeva və məktəbin şagirdləri çıxış etdilər.