Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda Milli Qəhrəman Xəlilbəyli Təbriz Xəlil Rza oğlunun xatirəsi anılıb

12.02.2019

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın Xalq şairi Xəlil Rzanın oğlu Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin doğumgünüdür. Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub. 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşüb. Dağlıq Qarabağın Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, 31 yanvar 1992-ci ildə qəhrəmanlıqla həlak olub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

Bu günü yad etmək məqsədilə fevral ayının 12-də Oğuz rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyliyə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı informasiya günü keçırilib. Tədbirdə Oğuz rayon H.Babayev adına 1 saylı şəhər tam orta məktəbin IX sinif şagirdləri iştirak ediblər. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Ləman Babayeva tədbiri açaraq, “Təbriz Xəlilbəylinin həyatı və döyüş yolu haqqında” məlumat verib. Sonra şair Xəlil Rza Ulutürkün oğlu Təbrizə yazdığı “OğlumTəbrizə” şeiri səsləndirilib. Məktəblilər Təbriz Xəlilbəyliyə həsr olunmuş kitablarla tanış olublar.