12.02.2019
Fevral ayının 12-də 18 saylı məktəbdə Bəxtiyar Vahabzadənin ev muzeyi ilə 18 nömrəli məktəbin üçüncü sinif şagirdlərinin bircə hazırladığı “Bəxtiyar Ömrü” adlı tədbir olmuşdur. Tədbirdə Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli unudulmaz şairimiz B.Vahabzadənin ev muzeyində keçirilən tədbirlərdən, 18 nömrəli məktəbin muzeylə əlaqələrindən danışdı. Tədbirə məktəbin müəllimləri, valideynlər, təhsil şöbəsinin nümayəndələri, Şəki ARB televeziyası və “Şəki təhsili” qəzetinin əməkdaşları dəvət olunmuşdu.
Tədbirdə şagirdlərin təqdim etdiyi şeirlər, səhnəciklər, oxuduqları mahnılar və inşa yazıları böyük maraqla qarşılandı. Şeir müsabiqəsi qaliblərinə və inşa yazılarında fərqlənənlərə fəxri fərmanlar verildi. Sonda B.Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli öz şəxsi fondundan B.Vahabzadənin müxtəlif illərdə nəşr olunmuş kitablarını hədiyyə etdi.